Kremlden Turkiyeye ermeni xeberdarligi

17:52 – xeber – Türkiyənin Birinci Dünya müharibəsi ilə bağlı arxivləri xarici tədqiqatçılarla bərabər, yerli tarixçilər üçün də qapalı olaraq qalır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının spikeri Sergey Narışkin söyləyib. Onun sözlərinə görə, Türkiyə arxivlərində indiyə qədər müharibə ilə bağlı gizli məlumatlar saxlanılır:
 
“1916-cı ildə olan Ərzurum əməliyyatlarını xatırlamaq kifayətdir. Bunun da nəticəsində rus ordusu Qafqazda türk qoşunlarını məhv etdi. Bu qələbə Türkiyəni fəlakət astanasına gətirdi və Almaniyanın müttəfiqlərindən biri praktiki olaraq sıradan çıxdı. Müharibənin bu dövrü çox diqqətlə öyrənilməlidir”.
 
Qeyd edək ki, 1916-cı il Ərzurum əməliyyatları nəticəsində Rusiya orduları Qafqazdan Anadolunun içərilərinə qədər irəlləməyə nail olublar. Maraqlı məqam orasındadır ki, məhz belə məqamda Rusiya ermənilərin yardımından istifadə edib. Osmanlı ordusunu arxadan vurmağı bacaran ermənilər rusların şəhərlərə rahat şəkildə girməsinə şərait yaradıb. Məhz bu qalibiyyətlərdən sonra Van, Bitlis, Muş, Ərzurum, Ərzincan, Trabzon şəhərlərində müsəlmanlara qarşı böyük qətliamlar başlayıb.
 
1917-ci il çevrilişindən sonra Osmanlı torpaqlarını tərk etmək məcburiyyətində qalan ruslar məşhur türk qatili Andranik Ozanyanın rəhbərliyi altında burada “Qərbi Ermənistan müvəqqəti hökuməti” yaratdılar. Lakin ermənilərin buradakı hökmranlığı uzun müddət davam etmədi. 1916-cı il əməliyyatları və ermənilərdən Osmanlı ərazilərinə hücum zamanı istifadə etmək planları Rusiya tərəfindən hələ I Dünya savaşı başlamazdan öncə planlaşdırılıb. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org