Kontreras Azerbaycan haqqinda yeni kitab yazir

01:26 – xeber – ABŞ-ın bir sıra nüfuzlu mətbuat orqanları ilə əməkdaşlıq edən, televiziya və radio kanalları şərhçisi, Xocalı soyqırımına dair ABŞ-da nəşr olunmuş kitabın müəllifi amerikalı jurnalist Raul Loveri Kontreras Azərbaycan haqqında yeni kitab yazır.
 
V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfərdə olan Raul Loveri Kontreras Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub. Limandan Axar.az-a bildirilib ki, Raul Loveri Kontreras Bakı Limanının baş direktoru Taleh Ziyadovla görüşüb. Taleh Ziyadov qonağın diqqətinə çatdırıb ki, Ələt qəsəbəsində inşa edilən yeni Bakı limanı və yaxın gələcəkdə yaradılacaq Ələt Azad Ticarət Zonası bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcək və ölkəmizin istehsal potensialını artıracaq. Bütün bu addımlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin regional “hub”a çevrilməsi istiqamətində apardığı siyasətin bir hissəsidir.
 
Raul Loveri Kontreras Azərbaycana dair üzərində işləməkdə olduğu növbəti kitab üçün lazımi materialların əldə edilməsi məqsədilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı, onun müasir kompleksinin inşa prosesi ilə yaxından tanış olub. Kitabda bir çox mövzulara toxunan yazıçı həmçinin də Azərbaycanın regionun nəqliyyat mərkəzinə çevrilməsi mövzusuna da geniş yer ayırmaq niyyətindədir. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org