Komiteden nazirliyin derman xeberdarligina –


[r32]
– xeber –
Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə “Oksiam-B” adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda dərman preparatının Türkiyə Respublikasında “Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti.” şirkəti tərəfindən istehsal edildiyi və Dihac MMC tərəfindən idxal olunduğu bildirilir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Səhiyyə Nazirliyinin dünən ölkə ərazisinə göz damcısı olan "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı xəbərdarlığına cavab olaraq Dövlət Gömrük Komitəsinin yaydığı açıqlamada qeyd olunub.
“Yayılan məlumatla əlaqədar Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan Dihac MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında “Oksiam-B” adlı dərman preparatı yoxdur.
“Oksiam-B” dərman preparatı ölkə ərazisinə “Norma Med” MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub.
Aparılan araşdırmalar zamanı o da məlum oldu ki, “Oksiam-B” adlı dərman preparatının Dihac MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyatı orqanlara müraciət edəcək" – açıqlamada bildirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Türkiyənin "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkətinin istehsal edildiyi və ölkəmizə Dihac MMC tərəfindən idxal olunduğu bildirilən "Oksiam-B" mənşəyi məlum olmayan saxta dərman adlandırıb. Nazirlik araşdırma zamanı müəyyən edib ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır.
Dərmanın idxalı, satışı və həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org