Komite iddialara cavab verdi

12:47 – xeber – Dövlət Gömrük Komitəsi mütəmadi olaraq kommersiya məqsədilə Gürcüstan Respublikasına səyahət edən bir qrup şəxsin yaydıqları yalan məlumat barədə açıqlama verib.
 
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, mütəmadi olaraq kommersiya məqsədilə Gürcüstan Respublikasına səyahət edən bir qrup şəxs əlilliklərindən və cəmiyyətdəki bəzi statuslarından istifadə edərək son günlərdə bu ölkədən gətirdikləri şəxsi istehlak miqdarından artıq mallara görə rüsum və vergiləri ödəməkdən imtina edir və bu tələbləri yerinə yetirilmədikdə asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhəddindən normal keçidinə maneələr yaradır, müxtəlif media qurumları vasitəsilə Dövlət Gömrük Komitəsi və onun səlahiyyətli şəxsləri haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirirlər.
 
Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçünnəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalari”nın 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org