Komandir, basci, qehreman… – Qaziler Serdar Hemidov haqda

12:37 – xeber – Qarabağ savaşında xüsusi cəsarəti və bacarığı ilə ad çıxaran tanınmış simalardan biri – Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi.
 
Sərdar Həmidovun adı daha çox Ağdərə əməliyyatı ilə məşhurlaşıb. Həmin əməliyyat zamanı Tərtər rayonunun bir neçə kəndini, o cümlədən Şıxarxı işğaldan azad edən Sərdar Həmidov sonradan bu qələbənin nəticələri əldən çıxarkən və erməni-rus birləşmələrinin yeni işğalı başlayarkən, işğaldan azad edilən sözügedən əraziləri qorumağı bacarıb. Döyüşlərdə qazandığı uğurlara görə sabiq prezident Əbülfəz Elçibəy tərəfindən Fəxri Fərmanla təltif edilib.
 
Keçmiş döyüşçü Elbrus Sadıqov Axar.az-a bildirib ki, 8 kəndin erməni işğalından azad edilməsində Sərdar Həmidovun müstəsna xidməti olub:
 
“Tərtərin müdafiəsində Sərdar Həmidovun xidməti əvəzsizdir. Bizi başına yığaraq rayonu müdafiə edib. O, həmişə bizimlə birgə səngərdə dayanıb. Bütün əməliyyatlarda birbaşa özü iştirak edirdi.
 
1994-cü ilin apreli idi. Ermənilər hər tərəfdən hücuma keçmişdi. Onlar bütün qüvvələrini Tərtərə yönəltmişdilər. Məqsəd isə Kür çayına çatmaq idi. 3-cü Sovxoz tərəfdə şiddətli döyüş oldu. Geri çəkilməli olduq. Ancaq Sərdar Həmidovun əmri ilə yenidən hücuma keçdik. Çox böyük döyüş oldu. Hətta əlbəyaxa döyüşürdük. Döyüşdən sonra ermənilər danışıq üçün xəbər göndərdi. Onda mən bölük komandiri idim və görüşə gedənlərdən biri oldum. Həmin görüşdə ermənilər belə Sərdar Həmidovun qəhrəmanlığını etiraf edirdilər”.
 
Keçmiş döyüşçü Niyazi Qurbanov Sərdar Həmidovun təkcə Tərtəri yox, digər rayonların da erməni hücumundan qorunmasındakı xidmətini xatırladıb:
 
“Sərdar Həmidov döyüş vaxtı hamımızın qeydinə qalırdı. Bir yerdə döyüşmüşük. Ermənilər ondan çox qorxurdu. Ermənilərin Tərtərlə bağlı xüsusi planı var idi. Onlar rayonu işğal etdikdən sonra Tərtəri sanatoriyaya çevirmək arzusunda olduqlarını açıq-aşkar bəyan edirdilər.
 
Ermənilər Qafanlıya girmək istəyəndə Sərdar Həmidov Bakıya gedirdi. Bu xəbəri eşidəndə Kürdəmirdən geri qayıdıb müdafiəni təşkil etdi… Bir məsələ var ki, Tərtər əldən çıxsaydı, Ağstafa, Qazax, Tovuz, Xanlar, Şəmkir, Gəncə, Yevlax və Goranboya da böyük təhlükə yaranacaqdı. Ona görə də Sərdar Həmidovun Tərtərdə etdiyi qəhrəmanlığı bir rayonun adına bağlamaq olmaz, o, döyüş vaxtı üzərinə düşən işi görüb, mümkün olandan da artığını edib və bunları ölüm təhlükəsi ilə üz-üzə qalaraq eləyib”.
 
Sərdar Həmidovun Tərtərə rəhbərlik etdiyi dövrlərdə onun mühafizə rəisi işləmiş Fəxrəddin Sultanov sabiq başçının rayonda böyük nüfuza sahib olduğunu vurğulayıb:
 
“Mən Sərdar Həmidovun uşaqlıq dostu olmuşam. Daima yanında olurdum. Ölənə qədər də bir yerdə olduq. Müharibə başlayanda çox vaxt evə getmirdik. Elə İcra Hakimiyyətində yatırdıq.
 
Bir dəfə İH-yə gələndə gördüm ki, Sərdar Həmidov içəridə tək oturub. Fikrə getmişdi. Təxminən 5 dəqiqə danışmadıq. Arada silah səsləri gəlirdi. Fikirlərini mənimlə bölüşməsə də, rayonun taleyini düşündüyünü hiss etdim. Sonra çıxdıq həyətə. Müharibə başlayanda rayon camaatı evlərini tərk edirdi. İnsanlar gördü ki, icra başçısı qaçmayıb, burdadı. Ondan sonra rayonda canlanma gördük…
 
Həmidov heç nədən qorxmurdu. O, həmişə deyirdi ki, “erməni gülləsi ilə ölsəm, fəxr edərəm”. Yəni vətən yolunda ölmək onun üçün böyük şərəf idi”.
 
Xatırladaq ki, Sərdar Həmidov 1950-ci ildə Kəlbəcərdə doğulub. 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olub. Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun qardaşı idi. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org