Kocaryan diplomatiyadan uzaq komikdir – XİN

19:08 – xeber – Şavarş Koçaryan (Ermənistanın xarici işlər nazirinin müavini – red.) bəşəriyyətə qarşı cinayətlər törətmiş, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş və Ermənistan vətəndaşlarının öldürülməsinə əmr verən Serj Sarkisyanın hərbi-diktatura rejimini təmsil edir.
 
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ş. Koçaryanın səsləndirdiyi son fikirlərə münasibət bildirərkən deyib.
 
"Biz bir qayda olaraq diplomatiyadan uzaq olan və danışıqlar prosesinin mahiyyətini dərk etməyən Ermənistanın xarici işlər nazirinin komik müavinin sözlərini şərh etmirik. Amma bu dəfə onun nadanlığına və cəfəng fikirlərinə cavab verməyi vacib bildik. Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesini dövlət başçısına yaraşmayan ən eybəcər yalanlarla və tragikomediya oyunları ilə pozmağa və status-kvonu qorumağa çalışan da məhz Ermənistandakı hərbi-diktatura rejiminin başında duran Serj Sarkisyandır. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrləri də danışıqlar prosesində irəliləyişin əldə olunması, qəbuledilməz hesab etdikləri status-kvonun dəyişdirilməsi üçün lazımi qətiyyət və əzm nümayiş etdirmir və Sarkisyan rejiminə zəruri təzyiqləri göstərmirlər", – deyə qurum rəsmisi bildirib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org