17:27 – xeber – Əgər Donald Tramp seçkilərdə qalib gəlsə, Kremldə bayram keçiriləcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu San-Dieqo şəhərində çıxışı zamanı Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton söyləyib. Onun sözlərinə görə, hazırda Moskva və Pekin ABŞ-ı müttəfiq dairəsinin genişliyinə görə qısqanırlar:
“Ona görə ki, onların heç birinin belə ittifaqı yoxdur. Əgər Tramp seçilsə, Kremldə bayram olacaq. Biz bunun baş verməsinə heç vaxt izn verə bilmərik. Trampın prezident olması tarixi səhv olacaq”.