12:21 – xeber – ABŞ prezidentliyinə namizəd Hillari Klinton Demokratların ABŞ prezidentliyinə namizədi, yəhudi əsilli Berni Sanderslə güclərini birləşdirəcək.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton özü verib.
Onun sözlərinə görə, buna səbəb Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı mübarizədir:
“Mən Demokratlar Partiyasını birləşdirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Sanderslə bizim qərargahımız qarşılıqlı əlaqədədir. Onunla güclərimizi birləşdirəcəyik”.