Kiraye haqlarindan vergi artibmi? – Ekspert

08:30 – xeber – Azərbaycanda bütün vergilər Vergi Məcəlləsi və bu məcəlləyə uyğun qəbul edilmiş başqa hüquqi-normativ aktlar əsasında həyata keçirilə bilər.
 
Bu barədə Axar.az-a açıqlamasında hazırda kirayə haqlarından tutulan vergi dərəcələrinin artırılacağı haqda yayılan xəbərlərə aydınlıq gətirərkən keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. İqtisadçı bildirib ki, Vergi Məcəlləsinin 124-cü maddəsinin birinci bəndinə uyğun olaraq, daşınan və daşınmaz əmlak üçün icarə haqqından 14 faiz dərəcə ilə vergi tutulur:
 
“Bu qayda bu günə qədər qüvvədədir və onu hələlik heç kim dəyişdirməyib. Bu günlərdə mətbuat səhifələrində kirayə haqlarından tutulan vergi dərəcələrinin 22 faizə çatdırıldığı barədə informasiyalar yayılıb. Biz hökumətin aidiyyəti strukturları ilə kütləvi informasiya vasitələrində yayılmış bu məlumatın nə dərəcədə həqiqətə uyğun olmasını  aydınlaşdırmağa cəhd etdik. Lakin rəsmi qurumların hər birində onlarda belə bir məlumatın olmadığı bildirildi. Görünür, belə bir məlumatı yaymaqda kimlərsə maraqlıdırlar. Bu cür informasiyaların yayılmasında məqsəd isə insanlarda qıcıq yaratmaqdır. Ancaq hazırda bu məsələ ilə bağlı araşdırmalarımız davam edir. Əlavə bir yenilik olarsa, ona da münasibət bildirməyə hazırıq”.
 
Qeyd edək ki, artıq bir neçə gündür mediada Bakıda kirayə verilən mənzillərdən tutulacaq vergi dərəcələrinin artması ilə bağlı informasiyalar dolaşır. Məlumatlarda hazırda icra hakimiyyətləri tərəfindən kirayə verilən mənzillərin siyahısının hazırlandığı da bildirilir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org