"Kimse gunahkar ola biler, ancaq anlamirlar ki…"

3 Yanvar 2016 12:25 – xeber –
"Hər dəfə vurğulayırıq ki, İslam dünyası, Müsəlman dünyası deyilən bir areal yoxdur, dünyada girələnən, sürünən, xristianların, yəhudilərin texnologiyasını istehlak edərək ömrünü-gününü xristianları, yəhudiləri söyməklə keçirən və bekarlayanda da bir-birini öldürməkdən həzz alan İslam qiyafətində bir insan yığını var. Yeni ilə qarşı sosial şəbəkələrdə bəsit kampaniyalar aparmaq əvəzinə buyurub İslam adına törədilən vəhşiliyə etirazınızı bildirin, cənab "bukvayed müsəlmanlar"".
Olkem.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bunu Səudiyyə Ərəbistanında din xadimlərinin edamına münasibət bildirərkən öz Feysbuk səhifəsində yazıb.
Millət vəkili davam edir: "Diqqət edin, Səudiyyə Ərəbistanı bir modernlikdən uzaq qərar qəbul edib 47 nəfər özünü şiə müsəlmanı sayan din admını edam edir. Ardınca da cavab olaraq İran modernlikdən uzaq bir qərar qəbul edir və 27 özünə sünni deyən din xadimini edam etmək qərarı alır. Bu vəhşi qərarları qəbul edənlərin hər biri özünə Məhəmməd ümməti deyir, ancaq Hz. Məhəmmədin ağlının və əxlaqının bircə zərrəsini də daşımaq ləyaqətində deyillər. Kimsə günahkar ola bilər, ancaq anlamırlar ki, məsuliyyət fərdidir, məhz şiə və ya sünni olduğuna görə insanları kütləvi günahkar saymaq və edama məhkum etmək insana münasibətin nə qədər vəhşi, barbar, əxlaqdankənar olduğunu bir daha göstərir. Dini, siyasi, ideoloji baxışlarına, mənsubiyyətinə görə adamı edam etmə dövrləri çox-çox əvvəllər qapanıb…
İslamı öldürmə, qadağan qoyma, məhdudlaşdırma, zorakılıq dini kimi təbliğ edənlərin özləri bir gün mütləq edam kötüyünə başlarını qoyacaqlar. 18-ci əsrin Fransa inqilabının gilyotinlərində sevinclə royalistləri edam edənləri az keçmiş başqa revanşistlər eyni qaydada həyatdan məhrum etdilər. Və bu qanlı olaylardan sonra bu günün Avropasında hər kəs anlayır ki, insanı ideoloji ittihamlarla suçlayaraq edam etmək olmaz. Adlarının qarşısında İslam yazılan ölkələrin böyük əksəriyyətində isə təəssüf ki, düşüncə səviyyəsi hətta 18-ci əsrdən də geridədir".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org