22:04 – xeber – ABŞ-ın Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib.
Report xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
Müzakirələr telefon söhbəti zamanı baş tutub.
Qeyd edək ki, tərəflər arasında dünən baş tutan telefon danışığında da münaqişənin sülh yolu ilə həlli vasitələri, habelə ATƏT-in Minsk Qrupunun növbəti mərhələdə atacağı addımlar diqqət mərkəzində olub.