18:40 – xeber – Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Report-un məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, telefon danışığında münaqişənin sülh yolu ilə həlli vasitələri, habelə ATƏT-in Minsk Qrupunun növbəti mərhələdə atacağı addımlar diqqət mərkəzində olub.