Kenan M.M. "ogurluq etdi"

4 Oktyabr 2016 12:21 – xeber –
"Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə eyham vurmaq qərarına gəldim".
Olkem.az axar.az-a istinadən bildirir ki, bu sözləri Salam Sarvan rejissor Kənan M.M.-in yazdığı şeirin onun misralarına bənzərliyi haqda Feysbuk səhifəsində yazıb. O, Kənan M.M.-i çağdaş Azərbaycan şairlərini oxumağa çağırıb:
 
"Bu yaxında Kənan M.M.-in çap etdirdiyi şeirdən bir bənd diqqətimi çəkdi:
 
Bağışla, düşüncəm tör-töküntüdür,
Xəyallar qoymur ki, gedim uzağa.
Demə ki, həsrətin yaman pintidir,
Xatirən tökülüb bütün otağa.
 
Bilmirəm, haqlıyammı, amma mənim "Sənli xatirələr dağılıb evə, bağışla, otağım tör-töküntüdür" misralarımla çox mehriban görünür bu bənd. İddia eləmirəm ki, hörmətli Kənan bəy bunu bilərəkdən edib, o, heç bəlkə, məni oxumayıb da. Amma görünür, ən azı, Azərbaycan şairlərini oxumaq lazımdır ki, belə "toqquşmalardan" qaça biləsən.
 
Düzü, heç vaxt belə xırdaçılıqlara getməmişəm. İndiyədək yazdığım şeirlərin ideyasının, ayrı-ayrı bəndlərinin, misralarının mənimsənilməsi (söhbət təsirdən getmir) halları çox olub. Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə, eyham vurmaq qərarına gəldim. Amma yenə də tərəddüddəyəm, bilmirəm, haqlıyammı?"
 
Müqayisə üçün Salam Sarvanın sözügedən şeirindən həmin bəndi də təqdim edirik:
 
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdür?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-töküntüdür…

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org