Kenan M.M: “Dilenci kimi yasayiriq”

21:18 – xeber – Rejissor: “Hamımızın arzusu nazir olmaqdır” 

Musavat.com xəbər verir ki, rejissor Kənan M.M bir müddət öncə sosial şəbəkədə mədəniyyət naziri olmaq istədiyi barədə açıqlamasına aydınlıq gətirib.  Musavat.com saytına açıqlama verən rejissor bildirib, hər bir mədəniyyət işçisinin arzusu mədəniyyət naziri olmaqdır: 
 
“Bunun nəyi pisdir? Nazir olmaq istəyirəm. Nazir olsaydım, kino sahəsinə  diqqət ayırdım. Hazırda rejissorlar dilənçi vəziyyətində yaşayır. Film çəkməyə  pul tapmırıq. Mən  rejissoramsa, yeni işlər barədə düşünməliyəm, maddiyyat mənim problemim olmamalıdır. “Qayıdış” filmim televiziyada nümayiş olunandan sonra yüzlərlə mesaj aldım. Hər kəs çox bəyəndiyini bildirdi. Bu mənə güc verdi. Hazırda “Gecə qonağı-2” filminin hazırlıqlarına başlamışam.  Pul yoxdur ki, film çəkim.  Azərbaycan filmini bəziləri bəyənmir, xarici filmlərlə müqayisə edir.  Bizim imkanımız olsa, gözəl filmlər çəkərik. Kiçik büdcə ilə tamaşaçıların sevimlisinə çevrilən film çəkə biliriksə, bunu da bacararıq”. 
 
 Rejissor kinoteatrlardan da gileylənib: “Əziyyət çəkib film çəkən bizik. Amma kinoteatrlar satışdan gələn gəlirin 60%-i istəyir. Mənimlə bərabər əziyyət çəkiblər ki, pulun yarısından çoxunu istəyirlər? Xarici filmlərə pul verib alırlar. Yerli filmlərə isə etinasız yanaşırlar. Dünyada belə şey yoxdur. Mən niyə gəlirin çox hissəsini əziyyət çəkməyən kiməsə verməliyəm? Bundan əlavə, bir kinoteatra filmi verirəm, o biri nümayiş etdirməkdən imtina edir.  Film bu ölkə üçün çəkilibsə, bütün kinoteatrlarda nümayiş olunmalıdır.  Kinoteatrlar filmlərimizin qatilidir”. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org