"Kemaleddin Heyderova boyuk simpatiyam var"

12 Yanvar 2016 22:27 – xeber –
Xalq artisti Flora Kərimova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun onun üçün mahnı bəstələməsi xəbərinə münasibət bildirib.
Olkem.az musavat.com-a istinadən bildirir ki, xalq artisti mahnıdan xəbərsiz olduğunu qeyd edib:
"Kəmaləddin bəyin mənə mahnı yazdığıını eşitmişəm. Dəqiq məlumatım yoxdur. Mən həqiqəti bilmədən açıqlama vermək istəmirəm. O birilər kimi məlumatım olmadan döşümə döymürəm ki, sonra elə bir şey olmadığı üzə çıxanda xar olum. Baba müəllimdən soruşun, o sizə dəqiq məlumat versin. Əgər mənim üçün mahnı yazılıbsa, sevə-sevə oxuyaram. Həmişə demişəm ki, Kamalın mahnısı inci kimi bir-birinə düzülüb. Onun mahnıları çox xoşuma gəlir, təbii ki, oxuyaram. Bundan əlavə bir insan kimi ona böyük simpatiyam var. Kəmaləddin bəy də, oğulları da vətənə bağlı insanlardır. Onun mahnısını həvəslə oxuyaram".
Səhhətindən danışan F.Kərimova özünü yaxşı hiss etdiyini bildirib:
 
"Şükür Allaha ki, səhhətim yaxşıdır. Özümü yaxşı hiss edirəm".
Qeyd edək ki, şair Baba Vəziroğlu mətbuata açıqlamasında bildirmişdi ki, fövqəladə hallar naziri Kamaləddin Heydərov xalq artisti Flora Kərimova üçün mahnı bəstələyib. Mahnı gələn ayın sonuna kimi hazır olacaq.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org