Kemaleddin Heyderov Fezli ile gorusdu – Foto

19:24 – xeber – Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikasının Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, K. Heydərov ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında danışaraq son illər bu sahədə İranın uyğun qurumları ilə əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasından məmnunluğunu ifadə edib. O, iki dost ölkənin əlaqədar qurumlarının rəhbərləri arasında keçirilən görüşlərin əməkdaşlığa yeni töhfələr verdiyini vurğulayıb.
 
Qəbula görə təşəkkürünü bildirən İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, rəhbərlik etdiyi nazirlik Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə daha sıx əməkdaşlıqda maraqlıdır. O əlavə edib ki, ikitərəfli əlaqələrin geniş potensialı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır.
 
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalının fəaliyyəti ilə tanış olublar.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org