Kecmis prezidentin edam qerari tesdiqlendi

12:27 – xeber – Misir müftisi Şevki Allam eks-prezident Məhəmməd Mursi barədə edam qərarını təsdiqləyib.
 
Musavat.com xəbər verir ki, bu barədə İranın Təsnim Xəbər Agentliyi Misir mənbələrinə istinadən məlumat yayıb.
 
Misir qanunlarına görə, məhkəmənin çıxardığı edam qərarını ölkənin baş ruhanisi, yəni müfti təsdiqləməlidir. Artıq müftinin Mursi barədə çıxarılmış edam qərarını təsdiqləyən hökmü gizli şəkildə hökumət orqanlarına bildirilib.
 
Qeyd edək ki, M.Mursi və eləcə də Müsəlman Qardaşlar Hərəkatının digər liderləri Assam əl-Aryan və Səid əl-Ketatani barədə Qahirə Cəza Məhkəməsinin ötən il çıxardığı edam qərarı təsdiqlənməsi üçün Misirin müftisinə göndərilib. Misirin eks-prezidenti, 2012-13-cü illərdə ölkəyə rəhbərlik etmiş “Müsəlman Qardaşlar” Hərəkatı nümayəndəsi Məhəmməd Mursi 2013-cü ildə baş vermiş hərbi çevrilişdən sonra həbs olunub. Ona qarşı bir sıra cinayətlərdə iştirakla bağlı ittiham verilib. Bunlar casusluq, inqilab zamanı həbsxanadan adam qaçıqılmasını təşkil etmək və sair. Mursinin casusluqda ittiham olunduğu məhkəmə prosesində 90-dan artıq məhkəmə iclası keçirilib.
 
Məhkəmənin eks-prezident barədə edam qərarı dünyada böyük etiraza səbəb olub. BMT və bir sıra dünya ölkələri bu qərarı qınayıb və tətbiq edilməməsinə çağırıblar. Gözlənilir ki, qərarın elan edilməsi Misirdə ciddi etiraz aksiyalarına səbəb olacaq. Daha öncə məhkəmə qərarları böyük etiraz aksiyaları və polislə qarşıdurmalarla müşayiət olunmuşdu.
 
Misir rəhbərliyinin Mursi və tərəfdarlarını edam etməsi dünyanın reaksiyasından asılı olacaq. Daha əvvəl Mursinin edam edilməsi inandırıcı görünməsə də, radikal dini qrupların son illərdə daha da fəallaşması hökumətlə qarşıdurmaları daha da dərinləşdirib.
 
Bu mənada mümkündür ki, prezident Sisi Mursi barədə edam qərarını icrasına qol qoysun. Yaxud da hakimiyyətin manevr etməyə çalışdığı, edam qərarından həm “Müsəlman Qardaşlar”a qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə çalışacağı, eyni zamanda bəzi ölkələrlə siyasi bazarlıq üçün istifadə etməyə çalışması mümkündür.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org