Kecmis erinden Gunaya sert ittihamlar: “Oglumu gostermir, onu Allaha tapsiriram” (FOTO)

1 May 2017 14:13 – xeber –
Aktyor Tolqa Karel azərbaycanlı model Günay Musayevadan boşandıqdan sonra Sarah Skotla evlənərək ABŞ-a köçmüşdü.
Olkem.az-ın axşam.az-a istinadən məlumatına görə, bu evliliyindən Mia adlı qızı olan Karel Türkiyəyə qayıdıb. O, Günayla evlilikdən olan oğlu Cahangiri ona göstərmədiyini iddia edib:
"Oğlumu görə bilmirəm. Bu həftə prokurorluğa müraciət edib onu görməyə çalışacağam. Çox darıxıram. Mia da, Cahangir də mənim övladlarımdır. Onların görüşüb yaxşı bacı-qardaş olacaqlarını düşünürəm. Keçmiş xanımımı isə pis sözlərinə görə Allaha tapşırıram".
Karel məhkəmədə "Pulum yoxdur" deyərək Cahangirə aylıq 500 lirə (təxminən 250 manat) ödədiyi halda, yeni xanımına 600 min lirəlik (təxminən 300 min manat) avtomobil alması barədə suala isə belə cavab verib:

"Alimenti ödəməyim yalandır. Alimenti də ödəyərəm, 600 minlik avtomobil də alaram. Mənim üçün dəyərli olduğu üçün aldım. Keçmiş xanımıma da almışdım".
Aktyorluqdan uzaqlaşdığını açıqlayan Karel "Artıq iş adamıyam. ABŞ-da sağlamlıq sahəsi, saç əkilməsi ilə bağlı böyük yatırımlar etdim. Türkiyəyə qayıtmağı düşünmürəm" deyib.

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org