Kastamonuda Xocali soyqirimi abidesi acilacaq – Foto


[r32]
– xeber –
Millət vəkili Qənirə Paşayeva Kastamonu bələdiyyə başqanı Tahsin Babaş ilə görüşüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili görüş zamanı Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Kastamonunun mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, eyni zamanda, orada Xocalı soyqırımı abidəsinin ucaldılacağına inandığını deyib.
Azərbaycanı çox sevdiyini deyən Kastamonu bələdiyyə başqanı təklifi müsbət qiymətləndirib.
Millət vəkili görüşdə ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ və Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri əsnasında verdiyi mesajları xatırladıb.
Deputatın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Kastamonuda da böyük tədbirlərin keçirilməsi təklifi bələdiyyə başqanı tərəfindən müsbət qarşılanıb.
Q.Paşayeva həmçinin Kastamonu valisi Yaşar Karadənizlə də görüşüb və Qarabağ həqiqətlərinin bu vilayətdə geniş təbliğinin vacibliyindən söz açıb.
Y.Karadəniz şəhidlərimizə allahdan rəhmət diləyib və torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
Deputat Kastamonuda təhsil alan azərbaycanlı tələbələrin problemlərinin həllinə dəstək göstərilməsini də xahiş edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org