Kapitanimiz 52-ci limaninda

14:02 – xeber – Bu gün Axar.az-ın əməkdaşı, İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı, tanınmış şair Faiq Balabəylinin 52 yaşı tamam olur. Bu münasibətlə şairə yeni yaş ilində uğurlar arzulayır və onun bir neçə şeirini təqdim edirik:
 
Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir, gözləyəmməz yaş durub,
Məndən xəlvət ağlamısan deyəsən,
Qurumayıb, yanağında yaş durub.

Belə getmə, görənlər var, dur görüm,
Bir gülümsə, gözlərində nur görüm.
Günahım var, gəl boynumu vur görüm,
Müntəzirdi, qabağında baş durub.
 
Ay gözləri yaşla dolan ağıllım,
Ay baxışı min ovsunlu, nağıllım,
İçərimdən söküm-söküm dağıldım
Ağlayacaq əvəzimdə daş durub
 
***
 
Sərt külək uladı ac yalquzaq tək
çatmadım səsinə, qaldım uzaq, tək
sıyrıldım, qınımdan çıxdım bu gecə
qaynadım, qanımdan axdım bu gecə
O yalquzaq səsin, ulayan səsin
qaçaraq ardınca baxdım bu gecə
Çırpdım dizlərimə, döydüm özümü
əl atdım, gördüm ki, qında pas tutan –
xəncərim korşalıb, deşmir köksümü.
Nəyin həsrətiydi, nə idi ağrım
yarımçıq yaşadım, yarıldı bağrım.
Qoşulub yalquzaq səsinə gecə
küləyin səmtinə səni çağırım?
Əlləri köksündə, ağbirçək anam
hələ də yollardan çəkmir gözünü
asdım asılqandan dərdi kürk kimi
yumruğum sinəmə dəydi gürz kimi
gördün ki, pas atıb qında xəncərim,
tiyəsi korşalıb, deşmir köksümü.
Çocuq taleyi var bu məmləkətin
nə var aldatmağa şirniquş ilə…
üzümüz o qədər üzü yoladır
yollaşa bilərik lap bayquş ilə.
Tiyəsi pas atan xəncər vurduğu
dərinə getməyən yaram su verir
gündüz qaranquşdan gözlədiyimi
qaranlıq gecədə yarasa verir…
 
***
 
İndi hara üz tutum, indi kimi çağırım,
pıçıldayım dərdimi, yoxsa bərkdən çığırım,
istəyirəm üzümü göyə tutub bağırım:
Mən bədbəxt adamam,
yazıq adamam!
 
Tanrım, mənə boy verdin, boyun seçilsin dedin?
Toyumu qara etdin, toyun seçilsin dedin
Sinəmə bir dağ çəkdin, dağın kiçilsin dedin
Mən bədbəxt adamam,
yazıq adamam!
 
Balam gəldi dünyaya, adına oğul dedim
Dil açdı “ata” dedi, dilinə noğul dedim.
Sinəmdə düyün olan qubara dağıl dedim
Mən bədbəxt adamam,
yazıq adamam!
 
Qəlbim arzuyla dolu, damarımda qara qan
Mən sülhə boyun əydim, mən demədim “qana qan!”
Qara bulud üstümə kölgə saldı hayandan
Mən bədbəxt adamam,
yazıq adamam!
 
Hirsini yağış edib, bu bulud tökər dedim
Dərdlərimi şah etdim, özümə nökər dedim.
Ağrımı əzizlədim, adına “şəkər” dedim
Mən bədbəxt adamam,
yazıq adamam!
 
Gözlərim yol çəkəndən, siqaretə “yox” dedim
Ah çəkməyə heyim yox, mən dilimlə “ah” dedim
Sən yazdığın yazıdır, dur oxu, Allah dedim,
Mən bədbəxt adamam,
yazıq adamam!
 
Alnıma baxtımı yazdın, hərfin tanımaq olmur
Düzün oxumaq olmur, səhvin tanımaq olmur.
Elə göydən baxırsan, yəni tanımaq olmur,
Mən bədbəxt adamam,
yazıq adamam?!
 
***
 
Bu vecsiz oğlunu ağlama, anam
qəbrimə çilənən yaş heyif olar
mənim əvəzimə arzuladığın
doğa bilmədiyin daş heyif olar. 
 
Beləcə yaşadım: nə çox, nə də az
hər kəsin ağzında eynidir avaz…
üzümə su səpsə bu gecikən yaz
dondursa qanımı qış heyif olar…
 
Çarpıldım qılınca, dəydim qalxana
dərd olub, gül kimi qondum yaxana
edam kötüyünü çəkin yaxına
kəndirə keçirilsə baş heyf olar…

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org