27 Dekabr 2015 14:08 – xeber –
Çeçenistan prezidenti Ramzan Kadırov azərbaycanlı döyüşçü Zabit Səmədovu Pol Slavinski üzərindəki qələbə münasibətilə təbrik edib və minnətdarlıq kimi ona "Mercedes" markalı avtomobil hədiyyə edib.
Olkem.az oxu.az-a istinadən xəbər verir ki, Zabit yeni maşının fotosunu İnstagram səhifəsində paylaşaraq "Hədiyyələrə görə sağ ol, qardaş" yazıb.
Qeyd edək ki, "Mercedes S-Class" markalı avtomobilin son buraxılışın orta qiyməti 150 min dollardır.
mənbə : milli.az