Kadirov Qrozni polisini kicik leytenant Kadirova tapsirdi


[r32]
– xeber –
Noyabrda Çeçenistan DİN-nin Qroznı üzrə idarə rəisinin səlahiyyətlərinin icraçısı təyin olunmuş Xas-Maqomed Kadırovun rütbəsi kiçik leytenantdır.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Kadırova bir neçə polkovnik, polkovnik-leytenant, mayor, kapitan və digər yüksək rütbəli polis zabitləri tabedir. Çeçenistan DİN-nin Qroznı İdarəsinin əvvəlki rəisi Abuşeyx Vismuradovun rütbəsi isə polkovnik idi.
Rusiyanın “Fontanka” nəşri yazır ki, yeni vəzifədə başladığı ilk gündə, dekabrın 20-də Kadırov geniş toplantı keçirib. Qəzet Qroznının yeni polis rəisinin yaşını öyrənməyə çalışsa da, növbətçi hissədən bu barədə məlumatsız olduqlarını bildiriblər.
Yeni rəis idarə kollektivinə dekabrın 18-də təqdim olunub. Bu barədə İnstaqramda Çeçenistan rəhbəri Ramzan Kadırov özü xəbər verib.
O, Xas-Maqomed Kadırovu enerjili və zəhmətsevər rəhbər adlandırıb. “Əvvəllər tutduğu vəzifələrdə özünü yalnız əla tərəfdən göstərib”, – deyə Kadırov qeyd edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org