Jurnalistler Britaniya sahzadesinin evini yixacaqlar – FOTO

03:46 – xeber – İngiltərə vəliəhd ailəsinin milad bayramı münasibəti ilə paylaşdığı foto bütün dünyada müzakirə obyektinə çevrilib.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, dünyanın ən xöşbəxt cütlüklərindən hesab olunan Britaniya taxt-tacının 2-ci varisi şahzadə Uilyamla Keyt Middelton bəzən mətbuatda yayılan əsassız iddialarla mübarizə aparmalı olurlar.

Bir müddət əvvəl cütlüyün ikinci övladı Şarlottanın dünyaya gəlməsindən sonra Uilyamla Keyt arasında soyuqluq yaranması, ailənin dağılmaq həddinə çatması barədə mətbuatda xəbərlər yayılmışdı. Hətta hersoqinyanın uzun müddət görünməməsi də bu iddianı sanki təsdiq edirdi. Amma cütlük birlikdə bəzi tədbirlərdə iştirak edərək və jurnalistlərin qarşısında bir-birlərinə sevgi dolu baxışlarla baxaraq bu dedi-qodudan xilas oldular.


Dedi-qoduya səbəb olan foto şəkil

Buna baxmayaraq jurnalistlər bəzi detalları ortaya çıxararaq cütlük barədə yeni dedi-qodular yaradırlar. Ən son yayılan iddiaların isə bu ailə üçün təhlükəyə çevriləcəyi vurğulanır. İngiltərə paparassilərinin yeni dedi-qodularında Qaller hersoqinyası Keyt Middeltonun şahzadə Uilyamı kölgədə qoyduğu iddia olunur. Bu iddialara, cütlüyün milad bayramı münasibəti ilə ictimaiyyətlə paylaşdığı foto şəkil əsas göstərilir.

Həmin foto şəkildə hersoqinya qızı Şarlottanı qucağında saxlayıb və oğlu Corcu qucaqlayıb. Bu xöşbəxt ailə fotosunun yanında taxt-tacın 2-ci varisi şahzdə Uilyam sadəcə onların yanında yerdə çöməlib. Yerli mətbuat iddia edir ki, şahzadənin bu fotoda olması ilə olmamasının çox da fərqi yoxdur. “Bu foto şəkildə şahzadə Uilyam olmasa belə Keyt Middelton öz işıltısından heç bir şey itirməz” – deyə qəzetin xəbərində yazılıb.

Jurnalistlərə görə hersoqinyanın cazibəsi həqiqi bir əslzadə olan həyat yoldaşını kölgədə qoyur.

Yerli “Daily Mail” qəzeti isə iddia edir ki, orta sinif bir ailədən çıxan gənc qadın olmasına baxmayaraq Keyt Middelton həyat yoldaşı şahzadə Uilyamdan daha çox əslzadələr kimi hərəkət edir.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org