İzmirde Xocali parki salinacaq

15:32 – xeber – Türkiyənin İzmir şəhərində İsmət İnönü adına Mədəniyyət Mərkəzində İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumunun təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
 
APA verir ki, yerli rəsmiləri və şəhər sakinlərinin də qatıldığı tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Dağlıq Qarabağ münaqişəsində danışaraq bildirib ki, Rusiya bu münaqişədən Azərbaycana və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir: “Ona görə də Türkiyə bu gün belə bir mövqe ortaya qoymalıdır ki, Rusiya Ermənistana necə dəstək verəcəksə, Türkiyə də Azərbaycana o formada kömək göstərəcək. Rusiya bilsə ki, Türkiyə Azərbaycanın arxasındadır, onda savaşa da başlamaz. Bu gün eyni zamanda Rusiya-Türkiyə münasibətlər gərginləşir və mən əminəm ki, Türkiyə bu durumdan qalib çıxacaq. Türkiyə öz mövqeyini ortaya qoysa, bütün dünya bununla hesablaşacaq”.
 
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev qeyd edib ki, Azərbaycanla Gürcüstanın problemi ortaqdır, belə ki, hər iki dövlətin ərazisi işğala məruz qalıb. Onun sözlərinə görə, hazırda dünyada türklərə qarşı ikili siyasət həyata keçirilir: “Onların hüquqları tapdanır, əsassız iddialara məruz qalırlar. Bu baxımdan biz türk dünyası olaraq gücümüzü birləşdirməliyik”.
 
Əsassız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey çıxışında forumun məqsəd və fəaliyyətindən danışıb. O qeyd edib ki, forum Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, terrorun pislənməsi və əsassız erməni iddialarının ifşası məqsədilə yaradılıb.
 
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Türkiyə ilə birlikdə işğal olunmuş Dağlıq Qarabağı azad etmək istiqamətində səy göstərməlidir.
 
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı sakini Cavid Əliyev Xocalıda soydaşlarımızın başına gətirilən erməni vəhşiliklərindən danışıb.
 
Sonra İzmirin “Qarabağla” rayonunun bələdiyyə başqanı Mühiddin Selvitopu ilə görüş keçirilib.
 
M. Selvitopu iki ölkə arasında münasibətlərdən, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Azərbaycanın bütün problemlərinin qardaş ölkə olaraq Türkiyənin də problemi olduğunu diqqətə çatdırıb. Bələdiyyə başqanı İzmirdə 300 minə yaxın azərbaycanlının yaşadığını qeyd edib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirmək məqsədilə 5 aydan sonra “Xocalı” parkının açılacağını deyib: “Parkda həm də Xocalı abidəsi qoyulacaq, burada zamanla müxtəlif sərgilərin keçirilməsi də nəzərdə tutulur”.
 
Sonda forum iştirakçıları “Xocalı” parkının yerləşəcəyi ərazi ilə tanış olub, Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org