İzmirde Azerbaycan parki istifadeye verilecek


[r32]
– xeber –
İzmirdə salınan Azərbaycan Parkı 2018-ci ildə istifadəyə veriləcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İzmir Böyükşəhər Bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ilə görüşdə səsləndirib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasından bəhs olunub. Qeyd edilib ki, hələ keçmiş SSRİ dövründə Bakı və İzmir qardaşlaşmış şəhərlər olublar. Diqqətə çatdırılıb ki, Azərbaycanın Türkiyəyə sərmayə yatırımının əsas hissəsi İzmiri əhatə edir. Qeyd olunub ki, hazırda bölgə iqtisadiyyatında xüsusi canlanma yaradan PETKİM, PETLİM və STAR layihələri yaxın gələcəkdə Türkiyənin iqtisadi inkişafında sıçrayış yaradacaq. Bildirilib ki, son illər Azərbaycan və Türkiyənin birgə əldə etdikləri uğurlar və perspektivdə olan çoxsaylı digər beynəlxalq iqtisadi layihələr ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı inkişaf strategiyasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycan və Türkiyə üçün böyük nailiyyətlər qazandırır.
Görüşdə iştirak edən İzmir Təhsil şöbəsinin müdiri Ömər Yaxşı Əliağa qəsəbəsində yerləşən Heydər Əliyev adına Texniki və Sənaye Peşə Liseyinin fəaliyyətini yüksək qiymətləndirib. O, bu təhsil müəssisəsinin qurulmasına və əldə etdiyi böyük müvəffəqiyyətlərə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova görüşdə iştirak edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org