İtaliyali jurnalistden Qarabagla bagli meqaleye – Cavab

20:50 – xeber – İtaliyalı jurnalist Domeniko Letisiya “L`Opinione” qəzetində digər italyan jurnalist Can Mikalessinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair “Il Giornale” qəzetində dərc olunmuş qərəzli məqaləsinə cavab verib. 
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, C.Mikalessi məqaləsində münaqişə, xüsusilə də cari il aprelin 2-də qoşunların təmas xəttində baş vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini dəstəkləyən, Azərbaycana qarşı qərəzli, təxribatçı və iftiralarla dolu fikirlərlə çıxış etmişdi.
 
Domeniko Letisiya “Dağlıq Qarabağ məsələsinə aydınlıq gətirərək” adlı cavab məqaləsində münaqişəni təhlil edib, bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərini işğal etməsinin və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatların sənədlərinə Ermənistanın məhəl qoymamasının dayandığını vurğulayıb. Azərbaycanın beynəlxalq humanitar hüququn normalarına hörmət edən nizami silahlı qüvvələrə sahib olduğu, əksinə, Ermənistan tərəfindən mülki əhaliyə qarşı amansızlığı ilə tanınmış “ASALA” erməni terrorçu təşkilatının nümayəndələrinin döyüşdüyü qeyd edilib. Müəllif erməni mənbələrinin yaydığı rəsmi məlumata əsasən, 2-5 aprel hərbi əməliyyatları zamanı 83 erməni hərbi döyüşçünün həlak olduğunu, bunun 65 nəfərinin və ya 78 faizinin Ermənistan mənşəli şəxslər olduğunu, bu faktın Azərbaycan ərazilərinin məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu sübut etdiyini bildirib. Daha sonra D.Letisiya Ermənistanın ölkəmizə qarşı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş kimyəvi silahdan (ağ fosfor) istifadə etməsi və Ermənistanın keçmiş baş naziri, hazırda parlamentin üzvü Qrant Baqratiyanın Azərbaycanı nüvə silahı ilə hədələməsi məsələsini də oxucuların diqqətinə çatdırıb.
 
Müəllif, həmçinin cari il aprelin 25-27-də Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumundan, bu tədbirin əhəmiyyətindən, onun mötəbər iştirakçılarından bəhs edib, onların Azərbaycanla bağlı müsbət fikirlərinə yer verib, Azərbaycanın multikulturalizm modelinə diqqəti cəlb edib. Bunun əksinə olaraq, Ermənistanda qeyri-demokratik mühitin, avtoritar hakim rejimin mövcud olduğu, ötən ilin dekabrında Ermənistanda hakim rejimin öz hakimiyyətini əbədiləşdirmək üçün konstitusiyaya dəyişikliklərin edilməsi məqsədilə saxtalaşdırılmış referendum keçirdiyi vurğulanıb. Həmin konstitusiya dəyişikliklərinin və referendumun Avropa Şurası tərəfindən pislənildiyini, habelə bu dəyişikliklərə qarşı ölkədə iğtişaşların baş qaldırdığını qeyd yazan müəllif əlavə edib ki, Ermənistan hakimiyyətinin məhz məlum 2-5 aprel avantürasına getməkdə məqsədi diqqəti ölkədaxili problemlərdən yayındırmaq olub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org