İtaliya metbuatinda Azerbaycanla bagli meqale

16:46 – xeber – Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın Ticarət Agentliyinin (ICE) aylıq elektron xəbər bülletenində və “Notiziegeopolitiche” geosiyasət və xarici siyasət üzrə elektron portalında Azərbaycanın iqtisadi potensialı, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə müsahibələri dərc edilib.
 
Səfirlikdən Axar.az-a verilən məlumata görə, müsahibələrdə M.Əhmədzadə Azərbaycanın yerləşdiyi geostrateji coğrafi mövqeyi, iqtisadiyyatın sürətli inkişafı, regional liderliyi, ölkə iqtisadiyyatına yatırılan sərmayələr, Azərbaycanda həyata keçirilmiş və keçirilməkdə olan strateji əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələri barədə məlumat verib.
 
İtaliya-Azərbaycan əlaqələrinə toxunan M.Əhmədzadə bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, bunun 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı Baş nazir Matteo Renzi ilə birgə qəbul etdiyi strateji tərəfdaşlıq haqqında bəyannamədə təsbit edildiyi, İtaliyanın uzun müddət Azərbaycanın birinci ticarət tərəfdaşı və ölkəmizin İtaliya üçün əsas neft təchizatçılarından biri olması, bir çox italyan şirkətlərinin Azərbaycanda investor və podratçı kimi cəlb olunması, son bir il ərzində İtaliyanın “Maire Technimont”, “Technip” və “Saipem” şirkətləri ilə önəmli müqavilələrin imzalanmasını qeyd edib. TAP layihəsinin reallaşması ilə Azərbaycan təbii qazının İtaliyaya çatdıralacağını qeyd edən səfir, bu layihənin qaz mənbələrinin diversifikasiyası, İtaliyanın Avropada önəmli qaz mərkəzinə çevrilməsi, habelə bu boru kəmərinin tikintisinə İtaliya şirkətlərinin podratçı kimi cəlb edilməsi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb.
 
M.Əhmədzadə Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkə iqtisadiyyatının şaxələndirilməsi, iqtisadiyyatda neft sektorunun payının minimuma endirilməsi və qeyri-neft ixracatının artırılması istiqamətində atılan addımlar barədə danışıb. Bu xüsusda, Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi yeni infrastruktur-logistika mərkəzlərinin yaradıldığı, kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT, inşaat kimi sahələrdəki imkanlar barədə məlumat vermiş və italyan şirkətlərini qeyd olunan sahələrə sərmayə qoymağa çağırıb. Azərbaycanın coğrafi əhəmiyyəti, Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərindəki önəmli rolu barədə də danışaraq İtaliya şirkətlərinə Azərbaycana daha geniş bazarlara çıxış üçün körpü kimi baxmağı da tövsiyyə edib.
 
13 iyun tarixində Roma şəhərində İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın növbəti iclasının və Azərbaycan-İtaliya Biznes Forumunun keçiriləcəyi barədə məlumat verən səfir bu tədbirlərin Azərbaycana italyan sərmayələrinin cəlb edilməsi, ölkəmizin qeyri-neft ixracının artırılması və iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətindən danışıb.
 
Müsahibələrlə aşağıdakı linklərdən tanış ola bilərsiniz:
 
http://www.newsletter-ice.com/default.asp?id=511&id_n=936

L’Azerbaijan entra nel periodo post-petrolifero e guarda all’Italia. Intervista al neo-ambasciatore Ahmadzada

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org