İtaliya mediasi XİN rehberinin Baki seferinden yazdi

01:40 – xeber – İyunun 13-də Roma şəhərində keçirilmiş İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası və biznes forum İtaliya kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İtaliyanın “ANSA” dövlət xəbər agentliyi, “Agenzia Nova”, “Il Velino”, “Aska News” agentlikləri, “Notizie Geopolitiche” analitik-informasiya portalı, habelə digər kütləvi informasiya vasitələri tədbirlə bağlı ətraflı məlumatlar yayıblar.
 
İtaliya KİV-i tədbirdəki çıxışlara, xüsusən də xarici işlər naziri Paulo Centiloni, Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər nazirinin müavini Benedetto della Vedovanın çıxışlarından fikirlərə yer verib. Yaxın aylarda İtaliya xarici işlər nazirinin Azərbaycana səfər edəcəyi, iki ölkə arasında bütün sahələrdə sıx əlaqələrin və tərəfdaşlığın mövcud olması, Azərbaycanın Avropa ilə Asiya arasında körpü kimi mühüm geosiyasi coğrafi mövqe tutması, TAP layihəsinin ölkələr arasındakı münasibətlərə yeni dinamika gətirəcəyi diqqətə çatdırılır. İtaliya tərəfinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə münasibətdə mövqeyi, eləcə də İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in hazırkı sədri olan Almaniyanın münaqişənin həlli istiqamətində səylərini dəstəklədiyi, 2018-ci il üzrə ATƏT-in sədri seçkilərində uğur qazanacağı halda İtaliyanın da bu istiqamətdə öz səylərini əsirgəməyəcəyi bildirilir. Məlumatlarda Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycanın energetika naziri Natiq Əliyevin də fikirlərinə yer verilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org