17:20 – xeber – İsveçrədə hər kəsə əmək haqqı verilməsi ilə bağlı təklif referendumda rədd olunub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, təklifdə işləyən və işləməyən bütün İçveçrə vətəndaşlarına və ölkədə qanuni yolla ən azı 5 il yaşayan əcnəbilərə maaş verilməsi nəzərdə tutulurdu.
Təklifə qarşı çıxanlar bunun ölkə iqtisadiyyatına zərbə vuracağını və əhalinin könüllü şəkildə işdən çıxmasına səbəb olacağını deyiblər. Məlumata görə, bu qanun yetkinlik yaşına çatanlara 2 min 500 dollar, uşaqlara isə 625 frank verməyi təklif edirdi.
Mütəxəssislər bunun ölkə iqtisadiyyatına ildə 25 milyard frank zərər vuracağını bildiriblər.