İsvecliler Nobele gore Bakiya gelir – Foto

15:13 – xeber – İsveçli həvəskarlar qrupu Azərbaycanda “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” şirkətinin irsini öyrənmək məqsədilə əlaqələri qaydaya salmaq üçün Bakıya səfər edəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu haqda İsveçin “Nya Vermlands-Tidningen” qəzeti məlumat yayıb.
 
Məqalədə qeyd edilir ki, Alfred Nobelin qardaşları Robert və Lyudviq çox məşhur olmasalar da, onların biznes fəaliyyəti uğurlu alınmışdı. 1876-cı ildə qardaşlar müasir Azərbaycanın ərazisində “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” adlı böyük neft şirkəti yaratdılar. Qısaca “BraNobel” adlanan bu şirkət sayəsində böyük sənayeçilərə çevrildilər.
 
Karlskuq şəhərindəki Nobel muzeyinin direktoru Xans Yoxanssonun qəzetə verdiyi müsahibədə qeyd etdiyi kimi, “bu nəhəng şirkət o vaxtlar “Standard Oil” kimi şirkətlərlə rəqabət aparırdı". Muzeyin rəhbəri vurğulayıb ki, Nobel qardaşlarının şirkəti Rusiya inqilabından dərhal sonra milliləşdirilsə də, bir müddət öz fəaliyyətini davam etdirib. Xans Yoxansson qeyd edib, Bakıda bu şirkətin fəaliyyəti haqqında xatirələr indiyə qədər qalır.
 
Xans Yoxansson deyib: “Azərbaycanda Nobel irsi ilə çox fəxr edirlər. Buna görədir ki, şirkətin əsas binası – “Villa Petrolea” hələ də qorunub saxlanılır və hazırda muzey kimi fəaliyyət göstərir. İnsanların xatirələrini dinləmək, qorunub saxlanmış muzeyi görmək maraqlı olacaq. Ümidvarıq ki, əlaqə yarada biləcəyik”.
 
Qeyd edək ki, Azərbaycana gələcək on nəfərlik qrupun tərkibinə Karlskuq şəhərinin Nobel muzeyinin əməkdaşları və bu şəhərin İşgüzar İnsanlar Klubunun üzvləri daxildir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org