İstanbuldaki partlayisda yaralanan azerbaycanli danisdi

21:48 – xeber – Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışda yaralanan Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Murad Mirəliyevin vəziyyəti stabildir. 
 
Bu barədə Report-un Türkiyə bürosuna M.Mirəliyevin özü məlumat verib.
 
"Mən Türkiyədə yaşamıram. Sadəcə, İstanbulda qohumlarım olduğundan onlara baş çəkmək üçün tez-tez Türkiyədə oluram. Bu gün də təsadüfən oradan keçirdim, hər gün getdiyim yer deyildi. Yağış yağdığından çətir götürmüşdüm. 
 
Birdən güclü zərbə dalğasından yerə yıxıldım. Havada tüstü dumanı olduğunu gördüm. Başım dümanlandı, daha sonra istilik hiss etdim və ayağımın arxa hissəsindən qan axırdı. 

Artıq özümü yaxşı hiss edirəm. Həkimlər 20-25 gün ərzində xəstəxanadan evə buraxılacağımı bildiriblər", – deyə o söyləyib. 
 
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Beyazit rayonunun Vezneciler metro stansiyası yaxınlığında polis avtomobilinin keçidi zamanı dayanacaqdakı minalanmış maşın partladılıb. Nəticədə 12 nəfər həlak olub, 42 nəfər yaralanıb. 
 
Xəsarət alanlar arasında 26 yaşlı Azərbaycan vətəndaşı Murad Mirəliyev də olub. O, hazırda Haseki Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunur. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org