09:40 – xeber – İstanbulun Çəkməköy bölgəsində partlayış baş verib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə gələn polis ərazidə axtarış işlərinə başlayıb. Bu zaman Quran kursunun yaxınlığında quraşdırılmış ikinci bomba aşkarlanıb.
Hadisə yerinə gələn mütəxəssislər partlayıcını zərərsizləşdiriblər.
Xatırladaq ki, iyunun 7-də İstanbulun Bəyazid bölgəsində baş verən terror aktı nəticəsində 12 nəfər ölüb, 35 nəfər isə yaralanıb.