11:57 – xeber – 10:14
İstanbulun Bəyazid bölgəsində polis avtomobilinə hücum olub.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, yola quraşdırılmış bombanın partlaması nəticəsində polis əməkdaşları yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
***
İstanbulda törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Ölən və yaralananların polis və mülki şəxs olduğu hələlik məlum deyil.
Park olunmuş avtomobilin partladılmasından sonra eyni yerdə ikinci partlayış səsi eşidilib.
***
İstanbul valisi Vasip Şahin partlayışla bağlı açıqlama verib.
Valinin bildirib ki, baş verən partlayış zamanı 7 polis, 4 mülki vətəndaş həlak olub. 36 nəfər isə yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.