İssizlere sad xeber – pul verilecek – Video

12:56 – xeber – Əmək və əhalinin sosial müdafiəsi nazirliyi “İşsizlik sığortası haqqında” qanun layihəsi hazırlayıb.
 
Xəzər Xəbər-in verdiyi məlumata görə, layihə bütün əlaqədar dövlət qurumları ilə razılaşdırılıb. 
 
Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, layihədə əsas məsələlərdən biri işsizlik sığortasının məbləğinin müəyyən edilməsidir. Yeni qanun layihəsinə əsasən, işsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq. Bunun 0,5%-ni işçi özü, digər 0,5%-ni isə işə götürən ödəyəcək ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.
 
Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə, əksinə, ödəniş azalacaq. Sığorta üçün ilk dəfə müraciət edən şəxs ilk iki ayda ona təyin olunan aylıq ödənişi 100% alacaq, növbəti iki ayda bu məbləğin 80%-ni, daha sonrakı iki ayda isə 70%-ni alacaq.
 
İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org