İsrailli ekspert: “DQR” terror yuvasidir” – Video

14:22 – xeber – Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına cəhd Ermənistanın növbəti təxribatıdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Qafqaz üzrə ekspert, İsrailin Hayfa Universitetinin alimi Arye Qut deyib.
 
Onun sözlərinə görə, “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfindən yaradılmış separatçı terror yuvasıdır:
 
“Ermənistan geosiyası və iqtisadi cəhətdən Kremlin ambisiyalarından asılıdır. Moskva Ermənistanın təkbaşına qərar verməsinə razı olmayacaq. Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa, özü münaqişəni qızışdırmış olacaq. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə, sülh prosesinə hörmətsizlik hesab ediləcək. Eyni zamanda, Sərkisyan rejiminin terror mahiyyətini göstərəcək, onun beynəlxalq hüququ yalnız bir kağız parçası hesab etdiyini ortaya qoyacaq”.
 
Ekspert Ermənistanın Xocalıda günahsız insanları öldürdüyünü növbəti dəfə xatırladıb:
 
“Xocalı şəhəri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə mərhələlərindən biridir. Xocalıda mülki insanlar, qocalar, uşaqlar, qadınlar öldürüldü. Onların hamısı günahsız insanlar idi. Ermənistanın terrorçu rejiminin bu kimi növbəti qanlı əməl törətməsinin qarşısını almaq üçün xarici jurnalistləri tez-tez hərbi əməliyyatların getdiyi bölgələrə aparmaq lazımdır”.
 
Qeyd edək ki, aprelin 29-da Azərbaycan XİN-in təşkilatçılığı ilə xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət 45 nəfərlik qrup cəbhə bölgəsinə səfər edib. Onların arasında Arye Qut da olub.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org