14:00 – xeber – NATO İsrailin Alyansın Brüsseldəki mərkəzində daimi nümayəndəlik açmasına izn verib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı İsrail Xarici İşlər Nazirliyi yayıb. İsrail Baş naziri Benyamin Netanyahu bu qərarı İsrailin təhlükəsizliyinin gücləndirilməsi üçün mühüm addım adlandırıb.
Qeyd edək ki, İsrail NATO ilə Aralıq dənizi dialoqu proqramı çərçivəsində əməkdaşlıq edir.