20:53 – xeber – İsrail diplomatı Dore Qold Türkiyəyə səfər edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Naşon deyib.
O bildirib ki, ABŞ-da səfərdə olan Dore Qold proqramını təxirə salaraq İstanbula gələcək.
Qeyd edək ki, bu gün İstanbulun İstiqlal küçəsində baş verən terror aktında ölən və yaralananlar arasında İsrail vətəndaşları da olub.