İspaniya separatizme meglub oldu – Pucdemon muraciet yaydi


[r32]
– xeber –
2017.12.21. 14:48
Kataloniyada regional parlament seçkisi keçirilir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, artıq muxtariyyətdəki bütün seçki məntəqələri açılıb. Seçkidə 5,5 milyon insanın iştirakı nəzərdə tutulub.
İspaniya Daxili İşlər Nazirliyi bölgədə təhlükəsizliyin təminatı üçün Kataloniyaya 12 min polis, 3 min Vətəndaş Qvardiyası əməkdaşını cəlb edib.
Qeyd edək ki, müstəqillik referendumundan sonra İspaniya Kataloniya hökumətini istefaya göndərmişdi. Madrid bölgədə növbədənkənar parlament seçkisi keçirəcəyini bildirmişdi.
***
Kataloniyada seçki başa çatıb.
Saat 18:00-a olan məlumata görə, səsvermədə seçici fəallığı 68,32 faiz olub.
***
Kataloniyanın müstəqilliyinin tərəfdarı olan partiyalar regiondakı parlament seçkisində önə keçməyi bacarıblar.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu nəticə seçicilərin 52%-nin səsinin hesablanmasından sonra ortaya çıxıb. Belə ki, azadlıq tərəfdarları parlamentdə mütləq üstünlüyə sahib olacaq 135 mandatdan 70-ni qazanmağı bacarıblar.
Seçkidə müstəqillik tərəfdarlarından yenə də əsas üstünlüyü muxtariyyətin keçmiş baş naziri Karles Puçdemonun rəhbəri olduğu Kataloniya ilə Birlikdə Partiyası qazanıb. Partiya ümumi səslərin 22%-ni toplayıb. Bununla da o parlamentdə 34 mandat təmin etməyi bacarıb. İkinci yerdə Kataloniyanın Sol Respublikaçıları Partiyası qərarlaşıb. Kataloniya Baş nazirinin keçmiş müavini və hazırda həbsdə olan Oriol Junkerasın partiyası 21,5% səs toplayraq, 32 mandata sahiblənib.
Müstəqilliyin tərəfdarı olan başqa bir partiya Xalq Birliyinə Namizədlər 4 mandata yiyələniblər.
Ölkənin bütövlüyünün tərəfdarı olan Vətəndaşlar Partiyası ümumilikdə 1 milyon insanın səsini toplaya bilib. Bu partiya parlamentdə ən böyük üstünlüyə – 37 mandata sahib olsa da, müstəqillik tərəfdarı olan 3 partiyaya uduzub.
Seçkinin nəticələri ilə bağlı keçmiş Baş naziri Karles Puçdemon da xalqa müraciət edib:
“Seçkinin nəticələri Kataloniya respublikasının qələbəsidir. Respublika monarxiyaya qalib gəldi. İspaniya dövləti məğlub oldu. Regionun qanuni hökuməti bərpa olunmalıdır. Bu gecə biz səsimizi eşitdirmək haqqına sahib olduq. Katalonların böyük hissəsi müstəqillik referendumunu istəyir. Avropa gərək bunu anlasın”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org