İspaniya qalib geldi, İsvecden beraberlik – Yenilendi

22:29 – xeber – 17:25
 
Bu gün Avro-2016-nın D qrupunda növbəti oyun keçirilir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Tuluza şəhərində baş tutan matçda İspaniya millisi Çexiyanı qəbul edir.
 
Ötən çempionatın qalibi olan Visente del Boskenin komandası görüşün favoriti sayılır.
 
***
 
İspaniya-Çexiya qarşılaşmasının ikinci hissəsi başladı. 
 
19:15
 
Matçın ilk hissəsində tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb, oyunun ikinci hissəsində də çoxsaylı qol vəziyyətləri yaradan ispaniyalılar yalnız oyunun sonuna yaxın Çexiya komandasının müqavimətini qıra biliblər. Qarşılaşmanın 87-ci dəqiqəsində İniyestanın cərimə meydançasına gözəl ötürməsini Pike başla dəqiq tamamlayaraq hesabı açıb – 1:0. Bu, oyunda yeganə qol olub və İspaniya yığması Çexiya millisi üzərində çətin qələbə qazanıb.
 
22:29
 
Avropa çempionatında daha bir oyun keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, günün ikinci matçında E qrupunda İrlandiya ilə İsveç yığmaları qarşılaşıb. Parisin “Stade de France” stadionunda oynanılan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
 
Oyunu serbiyalı baş hakim Milorad Maziç idarə edib. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curcyeviç kömək ediblər.
 
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hər iki komandanın futbolçularının hesabı açmaq imkanları olsa da, onlar bu imkanlardan istifadə edə bilməyiblər.
 
Sürətli hücumlarla başlayan görüşün ikinci hissəsinin 48-ci dəqiqəsində İsveç komandasının oyunçusu Simus Kolmanın sağ cinahdan ötürməsindən sonra Ues Hulahan hesabı açıb. Bundan 23 dəqiqə sonra İsveç komandasının lideri Zlatan İbrahimoviçin sol cinahdan ötürməsindən sonra irlandiyalı futbolçu Kiaran Klark topu öz qapısından keçirib -1:1. Oyun bu hesabla da başa çatıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org