İŞİD liderinden yeni mesaj

00:27 – xeber – İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yeni səs yazısı yayılıb.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, Bağdadiyə aid olduğu iddia edilən səsli mesajda hava hücumlarının təşkilatı zəıflətmədiyi qeyd olunur.

İŞİD terror qruplaşmasının liderinin səs yazısı terrorçulara aid olan internet şəbəkələrində yayılıb. Mesajda həmçinin “İki cür də qazanacağıq: Ya cənnət, ya zəfər” deyilir. Daha sonra Əbu Bəkr əl-Bağdadi mesajda bu ifadələri işlədir:

“Allahın ona ibadət edənlərə zəfəri qazandıracağına əmin olun. Yaxşı xəbər budur ki, dövlətimiz yaxşı gedir. Ona qarşı döyüş sıxlaşdıqca, dövlətimiz daha da saflaşır və dayanıqlı hala gəlir”.


İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi

İŞİD davamçılarına qorxmamaları öyüdü verən lider “İki cür də qazanacağıq: Ya cənnət, ya zəfər” deyir”. Mesajda ABŞ-ın liderliy etdiyi koalisiya və Rusiya təşkilatı hədəf aldıqları üçün təhdid də edilir.


Suriyaya nəzarət edən qruplar xəritədə

Bu arada İngiltərənin “IHS Janes” araşdırma mərkəzi İŞİD-in 2015-ci ildə Suriya və İraqda nəzarət etdiyi sahənin 14% kiçildiyini bildirib. Yanvar ayınadək 90 min kvadrat kilometrədən çox sahəyə hakim olan təşkilat, təxminən 12 min 800 kvadrat kilometr sahəni itirib. Hazırda İŞİD terror qruplaşmasının nəzarət etdiyi torpaqların böyüklüyü 78 min kvadrat kilometrdir.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org