İŞİD Allahsukur Pasazadeye sui-qesd hazirlayir

23:15 – xeber – İŞİD terror təşkilatı internetdə özündə Azərbaycanın din xadimlərinə təhdidlər ehtiva edən video yerləşdirib. Videoçarx İŞİD-in rusdilli media qrupu olan «Furat» tərəfindən yayımlanıb.
 
Bir müddətdən sonra video həm Yutub, həm də DeyliMotion hostinqlərindən xaric edilib və buna səbəb kimi, videoçarxın «istifadə qaydalarını pozması» göstərilib.
 
Lakin özünü Türkiyə, Azərbaycan və Şimali Qafqaz üzrə analitik kimi təqdim edən və Suriyadakı «mülayim müxalifət»i təbliğ edən NotrhCaucasus adlı Tvitter mikrobloqlar servisi istifadəçisi virtualaz.org-a videomüraciətin qısa məzmununu açıqlayıb.

 
Videoçarx «Ribat torpaqlarından işğal altındakı Azərbaycana ismarıc» (ribat — ön cəbhə —virtualaz.org) adlanır. Görüntülərdə rusdilli azərbaycanlı yaraqlı çıxış edir. O, özünü «Qafqazlı Abdulla» adlandırır və iddia edir ki, Qusar rayonunun Urva şəhərindəndir. Dediyinə görə, 2001-ci ildən İslamı qəbul edib və artıq 3 ildir ki, Suriyadadır. Əvvəllər «Cəbhətül-Nusra»nın tərkibində vuruşsa da, indi İŞİD-ə keçib.
 
Suriyaya «Qafqazlı Abdulla» dostu Əli ilə birlikdə gəlib, lakin onu 5 ay öncə öldürüblər. NorthCaucasus yazır ki, çıxışında cihadçı Qafqazın şeyxülislamı Allahşükür Paşazadəni və yerli sələfilərin (vəhhabilərin) lideri Qamət Süleymanovu ölümlə təhdid edir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org