“İsgender” İrevanin neyine lazimdir? – AŞPA-da muzakire

15:21 – xeber – Qənirə Paşayeva AŞPA-nı Ermənistanın işğalçılıq siyasəti və son günlər  “İsgəndər” raketlərinin nümayişi  ilə bağlı əməllərinə biganə münasibətə son qoymağa, sərt addımlar atmağa çağırıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, AŞPA-da Liberal Qrupunun toplantısında çıxış edən millət vəkili Cənubi Qafqazda baş verən bəzi çox vacib məsələləri diqqətə çatdırıb:
 
“Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öhdəlik götürüblər. Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın Assambleyanın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirməməsi və işğal etdiyi torpaqları azad etməməsidir. Məhz bunun nəticəsində bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Ermənistanda hərbi paradda “İsgəndər” raketləri nümayiş etdirilib. Bu ağır müharibə silahları Ermənistanın nəyinə lazımdır və işğalçı ölkə bununla nə demək istəyir? Təşkilatların prinsiplərini yerinə yetirməsi üçün işğalçı Ermənistana qarşı təzyiqlər daha da artmalıdır. Amma təəssüf ki, biz bunu görmürük və bölgə bundan əziyyət çəkir. Əgər AŞ vaxtında 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində Ermənistana ciddi təzyiqlər etsəydi, bəlkə də bugünə qədər yüzlərlə mülki insan həyatını itirməyəcəkdi. İnsanlar təşkilatda ikili standartların olduğunu açıq söyləyirlər. Çünki təşkilata üzv Azərbaycanın torpaqlarının 20 faizini uzun illərdir işğalda saxlayan, 1 milyon azərbaycanlı məcburi köçkünün evinə dönməsinə imkan verməyən işğalçı Ermənistana qarşı heç bir addımlar atılmır”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org