“İrevanla deyil, Moskva ile ikiterefli danisiq aparaq”

23:12 – xeber – Prezident İlham Əliyevin Almaniya səfəri çərçivəsində hazırda ATƏT-ə sədrlik edən, eyni zamanda ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın kansleri Merkelin “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq” sözlərini işlətməsi bir daha millət vəkili Qüdrət Həsənquliyevin nə qədər haqlı olduğunu üzə çıxartdı.
 
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O bildirib ki, BAXCP lideri Qüdrət Həsənquliyev də açıqlamasında Qarabağ məsələsinin Ermənistanla deyil, birbaşa Rusiya ilə müzakirə edilməsini təklif etmişdi: 
 
“Qüdrət bəy vurğulamışdı ki, Ermənistanla müzakirələrin aparılmasının heç bir perspektivi yoxdur. Rus və erməni qoşunlarının birgə iştirakı ilə Azərbaycan torpaqlarının 20%-i işğal edilib. Biz bütün danışıqları Rusiya ilə aparmalıyıq. Rusiyanın maraqlarının nədən ibarət olmasını bilməliyik. Qüdrət bəy təklif etdi ki, Azərbaycanın müstəqiliyinə heç bir zərbə vurmadan Rusiyanın maraqlarını təmin edib, əvəzində Qarbağı geri qaytara bilərik. BAXCP liderinin bu fikirlərinə qarşı həm mətbuatda, həm də sosial şəbəkədə hücum kampaniyası apardılar, xüsusən də radikal müxalifətin təmsilşiləri. Liderimi “rusiyapərəst”, “Rusiyanın adamı”, “5-ci kalonun nümayəndəsi” adlandırdılar. Bu gün artıq Almaniya kansleri Angela Merkelin bu fikiri deməsindən 3 gün keçib. Ancaq heç kim Merkelə qarşı bir münasibət ortaya qoymur. Niyə? Bəlkə, Merkeli də Rusiyanın adamı sayasınız? Bəlkə o da Rusiyanın 5-ci kalonudur?” 
 
N.Orduxanlı bildirib ki, heç bir qarayaxmaya baxmadan, Qüdrət bəy həqiqəti dedi və bu gün də eyni fikri müdafiə edir:
 
“Qarabağın açarının Rusiyada olduğunu bilməyən yoxdur, ancaq bunu açıq şəkildə bildirən Qüdrət bəyə qarşı hücuma keçdilər. Hesab edirəm ki, Merkelin bu sözündən sonra bu məsələ bir daha aktuallığını qaytardı və Qərb dolayısı ilə işarə etdi ki, danışıqlar Rusiya ilə aparılmalıdır. Ona görə də Qüdrət bəyin təklifini bir daha səsləndirməyə zərurət var: Biz Rusiya ilə açıq danışıqlara getmək üçün sosial-psixoloji zəmin hazırlamalıyıq”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org