İrevanin cehdi hec bir netice vermeyecek – Kuznetsov

18:26 – xeber – Qarabağın müstəqilliyini tanımaqla Ermənistan danışıqlar prosesini çətinləşdirməyə çalışır, amma bunlar heç bir nəticə verməyəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında politoloq Oleq Kuznetsov söyləyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin Qarabağı tanıması münaqişədə heç bir mühüm rol oynamır:
 
“Sənədin parlamentdən keçməsi ehtimalı onun müəlliflərinin müxalifətdən olması ucbatından azdır. Qanun layihəsini Respublika Partiyası hazırlamayıb, müxalifət isə millətçilərdən ibarətdir və Daşnaksütyun Partiyasının siyasi platformasında qalır. O, daha çox terrorçu və ekstremistlərin ideologiyasına yaxın olan radikal millətçilərin mövqeyini ifadə edir. Biz bunu tarixdən yaxşı bilirik. Sözsüz ki, bu situasiya Azərbaycan Ordusunun Dağlıq Qarabağda aprelin əvvəlində qazandığı qələbə ucbatından yaranıb. Qarabağın formal tanınması ilə ümid edilir ki, Qarabağdakı vəziyyətə görə cavabdehlik Ermənistan siyasi elitası – Köçəryan-Sərkisyan klanı üzərindən götürüləcək. O zaman Qarabağ separatçılarının lideri Bako Saakyan rəsmi İrəvanın oyuncağından siyasi fiqura çevriləcək. O isə öz növbəsində müstəqil addımlar ata biləcək. Bununla da İrəvan konfliktin həlli ona sərf etməyən ssenari üzrə getmiş olacağı təqdirdə öz siyasi elitasına təhlükəsizlik yastığı yaratmış olacaq. Digər tərəfdən isə yaranmış çətin situasiyada assimmetrik cavab vermək cəhdi və prosesə yeni oyunçunun gətirilməsi vəziyyəti dəyişməyəcək. Birincisi, Bakı heç vaxt buna getməyəcək. Azərbaycan hökuməti rəsmən bəyan edir ki, müstəqilliyin tanınması Azərbaycan Ordusunun işğal edilmiş əraziləri azad etməsi üçün əlini-qolunu açır. Böyük ehtimalla, Qarabağın müstəqilliyinin tanınması Bakıya müharibəni birtərəfli qaydada başlatmaq imkanı verir. İkinci problem odur ki, bütün bunlar yeni siyasi reallıq yaratmır. Bakı birmənalı şəkildə bu reallığı inkar edir. O, uzun illər böyük səy sərf edərək, Qarabağın danışıqlar prosesinin heç bir sənədində iştirakçı kimi yer almamasına çalışıb. Üstəlik, BMT Təhlükəsizlik Şurasının qətnamələri də bunu inkar edir. Burada Qarabağ problemi Ermənistan-Azərbaycan savaşı kimi göstərilir. Ona görə də Ermənistan Qarabağı tanısa belə, situasiyanı dəyişə bilməyəcək”. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org