İrevanin bu movqeyi muharibe demekdir – Belyayev

14:50 – xeber – Erməni siyasi hakimiyyətinin növbəti cəhdi Dağlıq Qarabağdakı separatçı rejimin tanınması prosesinə start vermək oldu. Bu dəfə Ermənistan daha irəli getdi. Layihəyə müsbət qiymət verərək onu cəbhə bölgəsində baş verəcəklərdən və beynəlxalq rəydən asılı vəziyyətdə saxladı.
 
Axar.az Vesti Kavkaza-ya istinadən xəbər verir ki, bu açıqlama ilə rus politoloq Mixail Belyayev çıxış edib.
 
Onun sözlərinə görə, Ermənistan parlamentinin 10 maya təyin olunan növbədənkənar iclası zamanı qanun layihəsinə baxılmayacaq:
 
“Ayın 5-i hakimiyyət bunun əksini iddia edirdi. Lakin bu təşəbbüsdə rəsmi Kreml də mühüm rol oynaya bilərdi. Rusiya prezidentinin mətbuat xidməti Dmitri Peskovun məsələyə münasibətinin baş verənlərdə böyük rolu var.
 
Bu, danışıqlar prosesi üçün nəsə məna kəsb edirmi? İlk növbədə qeyd etmək lazımdır ki, rəsmi danışıqlar prosesi onsuz da ölüb. Çünki Ermənistan prezidenti münaqişənin sülh yolu ilə həll olunması üzərində işə baxılması üçün əlavə “təhlükəsizlik zəmanəti” tələb edir. Əlbəttə, bu, pərdəarxası danışıqlar prosesinin aparılmasına mane olmayacaq. Aprel ayından rəsmi Moskvanın fəallığı buna sübutdur.
 
İrəvan öz mövqelərində möhkəmlənə bilmədiyinə görə Dağlıq Qarabağa müstəqillik verilməsi iddiasını qaldırdı. Lakin buna da nail ola bilmədi, çünki Ermənistanın diplomatik və hərbi-siyasi potensialı buna imkan vermir.
 
Yəqin ki, Ermənistan tərəfi asılı vəziyyətdə olan qanun layihəsini cəbhədə Azərbaycanın qarşısını alacaq amil kimi qiymətləndirir. Bu isə İrəvana status-kvonu saxlayaraq danışıqlar prosesini tormozlamağa kömək edəcək.
 
Məlum olduğu kimi, Minsk Qrupunun həmsədrləri və ATƏT-in alman nümayəndəliyi tərəflər arasında tam sülhə nail olmaq istəyir. Lakin aprel döyüşlərindən sonra hər iki tərəfin status-kvonun qəbuledilməzliyində tam konsensusu müşahidə olunur.
 
Cəbhə bölgəsində yaranacaq daha bir qarşıdurma xüsusilə ciddi forma alacaq. İrəvanın məntiqi ilə bu, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə nəticələnəcək. Lakin məhz bu addım onsuz da qızışmaqda olan qarşıdurmanı tammiqyaslı müharibəyə çevirəcək. Yeri gəlmişkən, bu, Rusiyanın Cənubi Qafqaz maraqlarına uyğun gəlmir.
 
Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyinə nail ola bilməsə, onda hazırkı hakimiyyət xalqın önündə öz maraqlarını millətin maraqlarından üstün tutan, “Dağlıq Qarabağ Respublikası” isə xalqın gözündə yalan blef olacaq.
 
Beləliklə, İrəvanın özünün yaratdığı mövcud vəziyyət Ermənistan hökuməti üçün yaxın perspektivdə başağrısı olacaq.
 
Ortamüddətli perspektivdə cəbhədə vəziyyətin növbəti dəfə kəskinləşməsi ilə əlaqədər “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsi aktuallaşarsa, erməni hökumətinin və hakim partiyanın manevr üçün imkanları minimal olacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org