12:12 – xeber – Rusiya və Ermənistan arasında siyasi skandal yaranır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.
Onun sözlərinə görə, bu skandalın yaranmasına səbəb İrəvanın mərkəzində general Qaragen Njdeyə abidə qoyulmasıdır:
“Moskva bu şəxsi hərbi cinayətkar, Böyük Vətən Müharibəsi illərində erməni legionuna rəhbərlik edən şəxs adlandırır. İrəvanda bu abidənin açılmasına Moskva diplomatik kanallar vasitəsilə dərhal reaksiya verməlidir. Bu çox dəhşətli faktdır. Njdenin abidəsinin açılması Ermənistan ictimaiyyətində Rusiyaya qarşı güclü qüvvənin olduğunu göstərir. İrəvanın bu addımı bütün məqbul formatlardan kənara çıxır. Rusiya buna kəskin münasibət göstərməlidir. Bu məsələ daim Rusiya-Ermənistan danışıqlarında masa üzərində olmalıdır”.
Qeyd edək ki, bir müddət öncə İrəvanın mərkəzi küçələrindən birində erməni faşisti Qaragen Njdenin şərəfinə abidə ucaldılıb.