İrevanin Bakidan bu gozlentisi mentiqlidir


[r32]
– xeber –
ABŞ Qarabağ məsələsində təşəbbüskar rolunda Rusiyanın çıxış etdiyini, həmçinin Vaşinqton və Parisin bu missiyasını Moskvaya həvalə etdiyini bəyan etsə də, mövqelər haçalanır.
Bu sözləri ABŞ-ın Qarabağ məsələsinə dair üç maddəlik həll planı ilə bağlı Axar.az-a danışan politoloq Tofiq Abbasov deyib. Onun fikrincə, ABŞ daha çox İrəvanın niyyətlərini səsləndirir:
“Çünki Ermənistan açıq-aydın Qarabağla bağlı siyasi danışıqlar prosesindən uzaqlaşır. Ermənistan və havadarları isə hazırda yaranmış boşluğu doldurmağa çalışırlar. Rusiya Lavrovun dili ilə dəfələrlə masa üzərində hansısa bir variantın olduğunu bildirib. Söhbət beş rayonun qaytarılmasından və ən sonda müvəqqəti statusun müəyyən olunmasından gedir. Ancaq amerikalı həmsədrin son açıqlaması birbaşa Ermənistanın mənafeyinə uyğundur. Lavrov planına altenativ planın gündəmə gətirilməsi ona dəlalət edir ki, İrəvan ümumiyyətlə yeni bir şey baş verən kimi çaşqın vəziyyət yaratmağa çalışır. Aprel hadisəsinin ildönümü yaxınlaşdığından Ermənistanda çox böyük təşviş yaşanır. Əslində, İrəvan çox qorxur. Ona görə də Ermənistanın əsas məqsədi siyasi prosesi iflic vəziyyətə salmaqdır. Ermənistan hesab edir ki, əgər belə olarsa, status-kvo saxlanılacaq, Azərbaycan Dağlıq Qarabağdan və 7 rayondan imtina edəcək. Bu isə sadəcə, bir xülyadır”.
Politoloq qeyd edib ki, Amerika diplomatiyasının gah nala, gah mıxa vurması təəssüf doğurur:
“Ermənistan belə gedişlərlə heç nə əldə etməyəcək. Referendumdan sonra Sərkisyan artıq öz seçimini etməlidir. Əks təqdirdə, yəni İrəvan qeyri-müəyyənlik göstərməyə davam edərsə, onda Azərbaycanın təkbaşına hərəkəti qaçılmaz olacaq. Mən yeni hərbi kampaniyanın mövcudluğuna şübhə etmirəm. Ona görə də Ermənistanın Bakıdan yeni zərbələr gözləməsi haqda qorxusu məntiqlidir”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalı olduğunu bildirib. Diplomat bildirib ki, dövriyyədə plan var və o, 3 hissədən ibarətdir: “Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org