İrevana bu defe Rusiya da komek ede bilmeyecek – Rey

09:00 – xeber – Borcunun əksəriyyətinin Rusiyanın payına düşməsindən dolayı indi arxayın hərəkət edən Ermənistanı qarşıda çox böyük iqtisadi tənəzzül gözləyir. Ölkə iqtisadiyyatında növbəti devalvasiyalar və geriləmələr qaçılmazdır.
 
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib ki, Ermənistanın iqtisadi durumunun Rusiyadan asılılığı bu gün də ciddi şəkildə davam edir:
 
“Keçmiş postsovet respublikalarında Belarusdan sonra Ermənistan iqtisadiyyatında Rusiyanın rolu həddindən artıq yüksəkdir. Rusiyada davam edən iqtisadi çətinliklər, yatırımların azalması, baş verən təlatümlər təbii ki, Ermənistana da ciddi təsir göstərir. Çünki Ermənistanda ümum daxili məhsulun (ÜDM) böyük bir hissəsini Rusiya ilə iqtisadi əlaqələr təşkil edir. Ermənistan iqtisadiyyatında ən böyük investor elə Rusiyadır. Ötən il ölkənin milli valyutası təqribən 20 faiz ucuzlaşdı. Ermənistan iqtisadi durumu indi Rusiyada gedən proseslərlə birbaşa bağlıdır. Düzdür, I rübün nəticələrinə görə, ümumi daxili məhsulda sürpriz cüzi artım qeydə alınıb. Bunun səbəbi isə Türkiyə ilə məlum vəziyyətdən sonra, Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artmasıdır. Buna baxmayaraq, ölkə iqtisadiyyatında növbəti devalvasiyalar və geriləmələr qaçılmazdır”.
 
Ekspert bildirib ki, Ermənistanın kənardan formalaşan valyuta ehtiyatları da sürətlə əriməkdədir:
 
“Ermənistan dünya iqtisadiyyatına inteqrasiyada çox geri qalır. Təqdim etdikləri mal və xidmətlərin çəkisinə görə çox aşağı yerdədir. Rusiyadan birbaşa asılılıq isə bu iqtisadi modelin birtərəfli yönlənməsinə səbəb olur. Ermənistan dotasiya ölkəsidir. Həddindən artıq aşağı olan valyuta ehtiyatları isə hər il Ermənistan diasporunun ayırdığı yardımlar hesabına formalaşır. İndi də təqribən çox az, 1 milyard dollar civarındadır. Xarici borc ümumi daxili məhsula nisbətdə artıq 50 faizə çatıb. Borcunun əksəriyyətinin Rusiyanın payına düşməsindən dolayı indi arxayın hərəkət edən Ermənistanı qarşıda çox böyük iqtisadi tənəzzül gözləyir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org