İrevan zerer gorecek, Ankara ve Baki ise… – Sefir

01:06 – xeber – Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Moskovski Komsomolets” qəzetinə müsahibəsində Rusiya-Azərbaycan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və Metsamor AES ilə bağlı təhlükə haqqında danışıb.
 
Axar.az-ın məlumatına görə, səfir qeyd edib ki, Azərbaycan və Rusiyanı ortaq tarix, mədəni-humanitar və informasiya məkanı birləşdirir, ölkələrimiz, o cümlədən regionlararası səviyyədə ticarət-iqtisadi əməkdaşlığı fəal inkişaf etdirir.
 
Azərbaycanın Rusiyadakı səfiri Metsamor AES məsələsinə toxunub. O, Metsamor AES-in yüksək seysmik risk zonasında yerləşdiyini və “Çernobıl” tipli reaktorlara malik olduğunu vurğulayıb. Diplomat deyib: “Dağıdıcı Spitak zəlzələsindən sonra SSRİ-nin hakimiyyət orqanları Metsamor AES-in fəaliyyətinin dayandırılmasını məqsədəuyğun bildilər. Lakin 1995-ci ildə Ermənistan hökuməti bu atom elektrik stansiyasının ikinci enerji blokunun işini bərpa etdi. Beləliklə, burada obyektiv təbii risklər göz önündədir. Qonşu ölkələrin real fəlakət perspektivinə bu cür sakit yanaşması təəccüb doğurur. Axı partlayış olarsa, sonrakı peşmançılıq fayda verməyəcək. İlk növbədə və ən çox Ermənistanın özü zərər görəcək, Gürcüstan, İran, Türkiyə və təbii ki, Azərbaycan da yaxınlıqdadır. Məhz buna görə biz beynəlxalq ictimaiyyəti və Rusiyanı yaranan təhlükələrin neytrallaşdırılmasına dair təsirli tədbirlər görməyə çağırırıq”.
 
Səfir əlavə edib ki, Azərbaycan həmçinin “Ermənistanın bəzi hərbçiləri və deputatları, o cümlədən sabiq baş nazirinin məsuliyyətsiz bəyanatları və müharibə təhdidlərindən” narahatdır. P.Bülbüloğlu deyib: “Onlar nüvə silahı və ya nüvə tullantılarının istifadəsi ilə istehsal edilən “çirkli bomba” yaratmaq imkanına malik olduqlarını iddia edirlər. Məncə, sübut etməyə xüsusi ehtiyac yoxdur ki, artıq resursları tükənmiş Metsamor AES-dən faydalanmaqla radioaktiv komponentli döyüş qurğuları yaratmaq kimi eksperimentlər bütün dünyada ciddi fəsadlar doğura bilər”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org