İrevan Turkiye ile imzalanan protokollardan niye cixdi?


[r32]
– xeber –
Ermənistanın Sürix protokollarını ləğv etməsi heç də qeyri-adi qarşılanmamalıdır. Ermənistan yaxşı bilirdi ki, bu protokolların imzalanması Ermənistan üçün müəyyən öhdəliklərin həyata keçirilməsi deməkdir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanın 2018-ci ili Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacaqları ilə bağlı açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Sürix protokollarının ratifikasiya edilməməsinin birinci səbəbkarı Ermənistandır:
“Türkiyə elə-belə sərhədlərin açılmasını nəzərdə tutan sülh protokollarını ratifikasiya edə bilməzdi. Ermənistan işğalçı dövlətdir və Türkiyə ilə bir millət-iki dövlət olan Azərbaycanın ərazilərinin 20%-ini işğal edib, burada etnik təmizləmə prosesi həyata keçirib və danışıqlar prosesində qeyri-konstruktiv addımlar atmaqla sülhyaratma işini hər vasitə ilə əngəlləyib. Destruktiv və dövlətlərarası əlaqələri pozan Ermənistan Türkiyəyə qarşı da pozuculuq hərəkətlərini dayandırmır. Türkiyə belə hesab edirdi ki, Sürix protokollarını ərsəyə gətirməklə, Ermənistanın qondarma erməni soyqırımı haqqında dünyada təbliğatını dayandıracaq. Lakin bu, belə olmadı. Ermənistan əksinə, yeni-yeni ölkələrdə, ABŞ-ın yeni ştatlarında yenə də öz təbliğatlarını davam etdirdi və bəzilərində də bu qondarma soyqırımın tanınmasına nail oldu. Ermənistan Azərbaycanla da münasibətlərdə heç bir konstruktiv addım atmadı. Suriyadan və başqa ölkələrdən qaçan erməniləri, xüsusilə islam dinini qəbul edən şəxsləri, işğal edilmiş bölgələrdə yerləşdirməyə cəhd etdi. Belə olan şəraitdə Sürix protokollarının taleyini heçə endirdi. Türkiyə bu protokolları parlamentdə ratifikasiya etmədi və həmin protokolların müddəalarını həyata keçirməkdən vaz keçdi”.
Politoloq qeyd edib ki, Nalbəndyanın belə yanıqlı-yanıqlı Türkiyənin Sürix protokollarını ratifikasiya etməməsindən danışaraq, özlərinin də bu protokollardan imtina edəcəyini bəyan etməsi olduqca gülməlidir:
“Çünki imtina etsələr də, etməsələr də, itirən Ermənistan tərəfidir. Onsuz da başqa dövlətlərin əlində alətə çevrilmiş Ermənistan tam olmasa da, blokada şəraitində yaşayır. Azərbaycanla münasibətləri yox, Gürcüstanla münasibətləri isə minimal səviyyədədir. Bölgədə yalnız İran Ermənistanla hərtəfrəfli əlaqələr malik dövlətdir”.
Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan 2018-ci ili Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacaqlarını bildirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org